
Hər hansı bir müəssisənin uğurla idarəolunması ona rəhbərlik edən şəxsin peşəkar bacarıqlarından və liderlik qabiliyyətindən çox asılıdır. Xüsusilə təhsil ocaqlarına rəhbərlik edənlərin hansı şəxsi keyfiyyətlərə malik olması və pedaqoji heyətlə münasibətinin düzgün qurulub-qurulmaması daha çox əhəmiyyət kəsb edir, çünki səhv qurulmuş münasibətlər, rəhbərin doğru müəyyən edilməməsi sonda tədris prosesinə də mənfi təsir edir.
Direktorların məktəbdəki rolu yalnız inzibati idarəçiliklə məhdudlaşmır, o həm də təhsil prosesinin keyfiyyətini təmin etmək və məktəbin inkişaf strategiyasını formalaşdırmaq üçün vacib liderlik və pedaqoji keyfiyyətlərə malik olmalıdır. Məktəb direktoru sadəcə rəhbər və ya idarəçi deyil, o həm də təhsil lideri və müəllimlər üçün pedaqoji dəstək mənbəyidir. Onun əsas rolu təhsil mühitində balans yaratmaqdır: həm idarəetmə, həm liderlik, həm də pedaqoji vəzifələri birgə yerinə yetirmək.
Direktor vəzifələrini uğurla yerinə yetirmək üçün bir sıra şəxsi və peşə keyfiyyətlərinə sahib olmalıdır.
Son zamanlar işini düzgün icra etməyən direktorladan çox yazırlar.Düşündüm ki, niyə həmişə mənfiləri görək,müsbətləri də aşkara çıxarıb tanıtmaq borcumuzdur.
İndi mən sizə yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik bir direktor haqqında danışmaq istəyirəm. Bu direktor Yevlax şəhər S.Vurğun adına 5 saylı məktəbin direktoru Sevda Kərimovadır.
Gəlin onu tanıyaq və alqışlayaq.
Sevda müəllimə direktor təyin olunandan məktəbdə nizam-intizam yaradıb,öz peşəkarlıq qabiliyyətini göstərdi.Vicdanla işləyərək hər kəsin hörmətini qazandı. Hal-hazırda rüşvətxor direktorlar haqqında sosial şəbəkələrdə çox məlumatlar yayılıb.Məgər rüşvətsiz işləmək olmazmı…
Amma Sevda müəllimə sözün əsil mənasında dövlətə,dövlətçiliyə sadiq bir direktordu.Bunu bütün məktəb kollektivi təsdiqləyə bilər. Rəhbəri olduğu kollektivdə hər bir müəllimə eyni münasibət bəsləyir.Direktorun kollektivdən yeganə tələbi işə məsuliyyətlə yanaşmaları,məktəbdə nizam-intizam yaratmaqdır,şagirdlərə keyfiyyətli təhsil verməkdir.Bütün bunlar özünü doğruldub.Məktəbin uğurları gündən-günə artır.Bu naliyyətlər başda direktor olmaqla, bütün kolektivin uğuru və sevincidir.Amma peşəkar direktor olmasa heç bir uğurdan danışmaq olmaz.Bu danılmazdır.
Əgər dövlət başçımız kimisə vəzifə başına gətiribsə o adam prezidentimizin təyin etdiyi həmin vəzifəyə layiq olmalıdı.Bəli,bu həqiqətdir.Sevda müəllimə bu vəzifədə özünü doğruldub,dövlət başçımızın təyin etdiyi uğurlu kadrlardandır.Gəlin bütün məktəb direktorlarını düzgünlüyə,rüşvətə yox deməyə çağıraq.Yevlax şəhər 5 saylı məktəbin direktoru Sevda müəllimə kimi.Alnıaçıq ,üzüağ ,vicdanla işləyən bir direktordur Sevda müəllimə.Onun haqqında çox danışmaq olar. Amma bu qədər də bəs edər.
Sevda müəlliməyə gələcək işlərində uğurlar arzulayırıq.
Mahirə Abdullayeva
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik