Qarabağdakı keçmiş qondarma rejimin hazırda Ermənistanda olan nümayəndələri etiraz aksiyası keçiriblər.
Globalinfo.az xəbər verir ki, onlar Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşaraq İrəvanın Bakının tələblərinə boyun əyməməsini istəyiblər.
Separatçılar tələb edir ki, Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verməsin.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycana qarşı ərazi iddalarının aradan qaldırılması üçün Ermənistanın konstitusiyasının dəyişdirilməsini tələb edir. Həmçinin Minsk Qrupunun fəaliyyətinin sonlandırılması üçün birgə müraciət təklifi də irəli sürülüb.
Əliyar Xəlil
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik