Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan müəssisələr “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda mütəmadi olaraq tədbirlər həyata keçirir.
Növbəti belə tədbir STM-nin tabeliyində olan Perinatal Mərkəzdə yeni ana olan valideynlərin iştirakı ilə keçirilib.
Tədbirdə həkim-neanotoloq Aidə Ağazadə sözü gedən mövzuda geniş təqdimatla çıxış edib.
A.Ağazadə ana südünün körpələr üçün möcüzəvi xarakter daşıyan ən sağlam qida olduğunu vurğulayıb.
Bununla yanaşı, valideynlərə praktik vərdişlər də aşılanıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd körpələrin ana südü ilə qidalandırmasını təbliğ etmək və ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə maarifləndirmə aparmaqdır.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik