TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin (STM) mütəxəssisləri orta məktəb şagirdlərini maarifləndirməyə davam edir
Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) 20 nömrəli tam orta məktəbdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirib.
Yuxarı siniflərin qız şagirdlərinin iştirak etdiyi maarifləndirici tədbirdə 4 nömrəli ASM-nin ailə həkimi, terapevt Xatirə Abdullayeva erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsindən danışıb. O, bildirib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.
X.Abdullayeva qeyd edib ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmə dövrünün inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin də kəskinləşdiyini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik