Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli Xəstəxanada qarın divarı yırtıqlarının laporoskopik hernioplastikasına start verilib.
Belə ki, transabdominalpreperitoneal (TAPP) üsulla ilk cərrahi əməliyyat icra olunub. Bu pasiyentin erkən sağlam həyata dönüşü, estetik görünüş və digər simultant əməliyyatlar zamanı faydalı metod kimi tətbiq olunacaqdır.
Bu yanaşmada xüsusi troakarlarla (kiçik içi boş boru) vasitəsilə laporoskop (kamera əlavə edilmiş kiçik teleskop) qarın boşluğuna yeridilir. Laporoskop və yə kamera cərraha yırtığa qarın boşluğundan baxmağa imkan verir. Qarın boşluğunda hər hansı çapıq toxumasını və bitişməni ləğv etmək üçün qarın boşluğuna kiçik dəliklərdən digər troakarlar da yeridilir. Yırtıq qapısı altına xüsusi “polipropilen tor” yerləşdirilir və xüsusi fiksatorla qarın divarına təsbit edilir.
Laporoskopik hernioplastika əməliyyatı əməliyyatdan sonra ağrı sindromunun daha az olması, xəstəxanada qalma müddətinin qısa olması, normal qidalanmaya daha tez qayıtma, reabilitasiya dövrünün qısa olması və infeksiya təhlükəsinin daha az olması kimi üstünlüklərə malikdir.
Ramil Zeynallı
Bizi Seçdiyiniz üçün təşəkkür edirik