Alanya Azərbaycanlılar Dərnəyi ilk rəsmi tədbiri olan;
Qarabağ Qələbəsinin 4-cü ildönümünə həsr olunmuş konsert həyata keçirdi.
Konsertin ssenarisi, redaktəsi,ideya müəllifi;
PRODÜSER, REJİSSOR,
TÜRK DÜNYASI, BEYNƏLXALQ MƏDƏNİYYƏT, TURİZM VƏ İNVESTİYA DERNEYİ ( ICTI) MUSİQI MƏDƏNİYYƏTİ KOMİSİYASININ SƏDRİ ARAŞTIRMAICI-YAZAR, APARICI, SƏS SANATÇISI SEVİL ÇAKAR OLDU.
RAMİL MƏNSUROVUN sədri olduğu Alanya Azərbaycanlıları Dərnəyi Alanya Mədəniyyət Mərkəzində keçirilən konsert tədbirində Alanyada yaşayan azərbaycanlıları bir araya gətirdi. .
Qarabağ Qələbəsinin 4-cü ildönümünə həsr olunmuş konsertə maraq kifayət qədər yüksək oldu. Alanya Bələdiyyəsinin dəstəyi ilə keçirilən tədbirdə Alanya Bələdiyyə sədrinin müavini Nəzmi Zavlak və Bələdiyyə Məclisinin üzvü Av.İrem Yunusoğlu da iştirak etdi.
Azərbaycanının dillərə dastan olan xalq və bəstəkar mahnıları, Azərbaycanın vətənpərvər şairlərinin şeirləri, Azərbaycan xalq rəqsləri ilə rənglənən tədbir ,tamaşaçıların ruhunu oxşadı.
Konsertdə türk dünyasında ORKESTİR ADAM kimi tanınan VÜQAR BƏXTİYAR və bülbül səsli MÜSVİQ ƏLİYEV təkrarsız ifaları ilə tamaşaçıları heyran etdi.
Aparıcı ARAŞTIRMACI-YAZAR AFET RUHAN ARSLAN’nın səsləndirdiyi vətənpərvər şe’irler və tədbirdə səslənən mahnıların yaranma tarixi haqqında topladığı maraqlı məlumatlar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
BUTA-BAKU instrumental kollektiv öz iştirakı ilə konsertə rəng qatdı.
NAZLI VALİDƏ ARICI BALA konsert boyu Azərbaycanın milli simvolu sayılan BUTA naxışlı libası ilə gözləri və könülləri oxşadı.
Konsertin finalında öz ifaları ilə iz buraxan TÜRK DÜNYASININ BƏNÖVŞƏ SƏSİ sayılan
SEVİL ÇAKAR xanım dönə-dönə səhnəyə qaytarılaraq tamaşaçıların sevgi və alqışlarını aldı. “Azərbaycanın musiqi mədəniyyətini ,milli-mədəni adət-ənənələrini yerli və əcnəbi vətəndaşlara tanıtmaqla mədəni sərvətlərimizi və dəyərli incəsənət korifeylərimizi tanınması yolunda böyük planlarımız var”, – deyərək tamaşaçılara təşəkkürünü bildirdi.
Konsertin sonunda Alanya Azərbaycanlıları Dərnəyinin başkanı Ramil Mansurov sənətçilərə öz adından və Alanya azərbaycanlılar birliyi adından təşəkkürünü bildirdi.
Konsertin sonunda tamaşaçıların və sənətçilərin birgə ifa etdikləri “Yaşa mənim xalqım” mahnısı Türk dünyasına möhteşem bir mesaj oldu. Sosial Platformamızı bəyənin
Bizi Seçdiyiniz üçün təşəkkür edirik