“Həkimlərimizi tanıyaq” rubrikasında bu dəfə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanasının Poliklinika şöbəsinin həkim-dermatoveneroloqu Leyla Əsədovadır.
L. Əsədova 1992-ci ildə Şabran rayonunda anadan olub.
2010-2016-cı ilərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
2016-2020- ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Dermatovenerologiya kafedrasında rezidentura təhsili alıb.
2021-ci ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər Şabran Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dermatoveneroloq ixtisası üzrə fəaliyyət göstərib.
2023-cü i ilin iyun ayından Sumqayıt Tibb Mərkəzinin 4 nömrəi Xəstəxanasının Poliklinika şöbəsində həkim-dermatovenereoloq vəzifəsində çalışır.
Müxtəlif beynəlxalq elmi konfransların iştirakçısı olub.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik