Xalq artisti Valeh Kərimov Sumqayıt Tibb Mərkəzində xidmət alıb
Azərbaycanın Xalq artisti Valeh Kərimov Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edib.
Sənətkar xəstəxananın Travmatologiya şöbəsində müayinə olunub və ona zəruri tibbi xidmətlər göstərilib.
V. Kərimov göstərilən diqqət və peşəkar tibbi xidmətə görə xəstəxananın həkim heyətinə öz təşəkkürünü bildirib.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik
