Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinin sterilizasiya otaqlarına cavabdeh tibb bacıları üçün növbəti “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya” təlimi təşkil olunub.
Yeni Klinikanın Sterilizasiya bölməsinin müdiri Nazim Orucəliyev tərəfindən keçirilən üç hissəli təlim nəzəri və praktiki biliklərin təkmilləşdirilməsinə yönəlib. Nəzəri hissədə mərkəzi sterilizasiya şöbəsinin iş prinsipləri, nəzarət və sənədləşmə qaydaları, peşə riskləri və fərdi qoruyucu vasitələrdən istifadə mövzuları əhatə olunub.
Ramil Yaqub Zeynallı
Bizi Seçdiyiniz üçün təşəkkür edirik



