İstedadlı,intelektli,yaradıcı,zəkalı bir toplumdur. Yaradıcıdır,idarə edəndir,tabeçiliyi qəbul etmir,zəhmətkeşdir, əməksevərdir.
Xeyriyyəçi,yardımsevər, qeyri toplumlarla birgə yaşayışda xoşrəftardır,dürüst və safdır.
Hiyləbilməz,məkrsiz, təmizürəkli,münasibətlərə açıq və dostluğa sadiqdir.
Təşkilatlanmağa hazır,dövlətçiliyə sadəqətli və vətən üçün özünü qurban vermə instinki güclü olan toplumdur.
Qarşıya qoyulan məqsədə çatan,inadkar,dözümlü,mərd və qürurludur.
Həm şəxsi həm milli şərəfi üstün tutan,zəngin keçmişə və dövlətçilik təfəkkürünə sahib bir qədim,imperiyalar yaradan zəngin bir millətdir.
Millət hər an döyüşə atılıb qələbə çalmağa qadir bir ordu millətdir.
Dövləti və vətəni üçün hər an döyüşə atılan çəngavərlər yetirən bir xalqdır.
Sadəlöhf və inanclı bir toplum olmaqla tez aldanan və daima hiyləgər millətlərin məkrinə inanıb təsir altına düşən saf bir toplumdur.
Azərbaycan Türklərini yalnız peşəkarcasına aldatmaqla onları qısa müddətli əsarətə məcbur etmək mümkün olur.
Dövlətinə sədaqətli,vətən sevər,qanunlara itaət edən,hakimiyyətə sadiqdir.
Mübarizə əzmi yüksəkdir,səbrlidir, məqam çatan kimi,istər daxili,istər xarici düşmənə qalib gəlib onu ən ağır məğlubiyyətə uğratmağa qadirdir.
Ayrı-ayrı fərdləri,qrupları uzun müddət aldatmaq olar,lakin Azərbaycan Türklərini heç vaxt aldatmaq olmaz,o hər şeyi görür, bilir və tədbirlər hazırlayır.Səbr edirsədə, mövcud durumda bu səbrin millətə daha faydalı olacağını düşünür.
******************************************************
BU MİLLƏTƏ NƏ VERDİK Kİ?
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?
Halal tikə qənddi, – dedik,
Yoxsuluna dərdli, – dedik,
Kasıbına mərddi, – dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?
Çiyninə mindik, – öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən…
Sonra… daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra “qullar dünyasının
İntiqamı yaman olur”…
16 noyabr 1992
Bizi Seçdiyiniz üçün təşəkkür edirik