Bəzən gördüyün işin ən böyük dəyəri insanların qəlbində yaratdığın məmnunluqla ölçülür.
Sosial şəbəkədə bir pasiyentin müraciətinə operativ reaksiya vermək, onunla əlaqə saxlamaq və probleminin həlli üçün lazımi addımları atmaq mənim üçün sadəcə xidməti vəzifə deyil, həm də insanlıq məsuliyyətidir.
Göstərilən diqqət və münasibətdən məmnun qalan pasiyentin TƏBİB-ə ünvanladığı təşəkkür məktubunda əməyimin qiymətləndirilməsini xüsusi olaraq qeyd etməsi və bu diqqətin Təşəkkürnamə ilə dəyərləndirilməsi mənim üçün çox xoş və qürurvericidir.
Bu etimada görə təşəkkür edirəm.
İnsanların probleminə biganə qalmamaq, onların yanında olmaq və etimadını qazanmaq ən böyük mənəvi dəyərdir.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik
